17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununda böyük hesablı qələbə qazanıb
İyunun 10-dan təlim-məşq toplanışını Rusiyanın Rostov şəhərində davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyunu keçirib.

Millimiz bu dəfə “Rostselmaş” klubunun U-19 komandası ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını Kamran Quliyev, Xəqani Sadıxov, Murad Bağırov və Ərşad Xankişiyev vurub.

Xəbər 721 dəfə oxundu.