Gimnastlarımız DÇ-də iştirak edib | |
13-19 iyun tarixlərində Cənubi Koreyanın İnçeon şəhərində aerobika gimnastikası üzrə Dünya Çempionatı keçirilib. Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışlara qatılıblar. Dünya Çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, Dünya Yaş Qrupları Yarışlarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticəni göstərib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|