Yığmamız UEFA turnirinin qalibi olub | |
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində iştirak edib. Yığmamız ilk oyunda meydan sahibləri ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib. Növbəti oyunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf turnirinin qalibi olub. 16 iyun Azərbaycan - Makedoniya 2:2 (2:4-pen.) 18 iyun Azərbaycan - Xorvatiya 3:1 20 iyun Xorvatiya - Makedoniya 6:0 |
|
Xəbər 723 dəfə oxundu. |
|
|