Azərbaycanın üç boksçusu Rio Olimpiadasına lisenziya uğrunda mübarizəyə qoşulur | |
Bakıda start götürən və Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri davam edir. Azərbaycanın üç boksçusu bu turnirdə mübarizə aparır. İdmançılarımızdan birinci olaraq rinqə çıxacaq Kamran Şahsuvarlı (75 kq) albaniyalı Aryon Kayoşi ilə moldovalı Valeri Sirbu arasında keçiriləcək döyüşün qalibi ilə onaltıdabir finalda üz-üzə gələcək. Yarışda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədovun da onaltıdabir finaldakı rəqibi bu gün axşam müəyyənləşəcək. Həmin görüşdə rinqə tacikistanlı Mexrubon Sanginov və Çin təmsilçisi Şi Quojun çıxacaqlar. Onaltıdabir final mərhələsinin döyüşü iyunun 19-da keçiriləcək. Turnirdə 49 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət Hüseynovun rəqibi isə iyunun 18-də məlum olacaq. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel ilə Çin Taybeyinin təmsilçisi Tu Po-Vey qarşılaşacaq. Bu qarşılaşmanın qalibi səkkizdəbir finalda azərbaycanlı boksçu ilə döyüşəcək. Döyüş iyunun 20-də baş tutacaq. Olimpiadaya lisenziya qazandıran turnirdə 105 ölkədən 469 kişi idmançı mübarizə aparır. |
|
Xəbər 801 dəfə oxundu. |
|
|