Bakı Şəhər Halqası digər şəhər treklərindən fərqlənir | |
Bakı Şəhər Halqası digər şəhər treklərindən fərqlənir. Bu tras digər şəhər trekləri ilə müqayisə olunmazdır. Bu sözləri iyunun 15-də Formula-1 Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi Herman Tilke deyib. Almaniyalı mütəxəssis bildirib ki, trekin birinci döngəsi çox mürəkkəbdir. Düz xətt boyunca 2 kilometr hərəkət edən bolidlərin sürəti saatda 340 kilometrə çatacaq. Bu sürətlə kəskin döngəyə girmək çətindir. Trekin İçərişəhər hissəsi–Qoşa qala qapı meydanı istiqamətində bolidlər ensiz yol ilə qalxacaqlar. Trekin bu hissəsi də unikaldır. Ensiz trek boyu bolidlərin hərəkəti mürəkkəb olacaq. Daha sonra bolidlər Azneft meydanına doğru hərəkət edib Dənizkənarı Milli Park boyunca maksimum sürətə çatacaqlar. Bakı Şəhər Halqasına oxşar digər ikinci trekin olmadığını bildirən Herman Tilke deyib: “Hazırlıq işləri başa çatmaq üzrədir. Bütün işlər plana uyğun aparılır. Yalnız hasarlama işləri qalır ki, bu da bir gecəyə həll olunacaq. Bakı şəhər treki Beynəlxalq Avtomobil Federasiyasının ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq təhvil veriləcək. Bu standartlar beynəlxalq təhlükəsizlik qaydalarına tam cavab verir. |
|
Xəbər 716 dəfə oxundu. |
|
|