Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirib
İyunun 5-də qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Millimiz qrupda sonuncu oyununda İspaniya ilə qarşılaşıb. Qarşılaşma 3-1 hesabı ilə Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb. İlk set millimizin açıq-aşkar üstünlüyü şəraitində keçib (25-16). İkinci setdə ispanlar setlərdə bərabərlik yarada biliblər (23-25). Sonrakı iki setdə də voleybolçularımız rəbindən üstün olub (25:17, 25:16).

Qeyd edək ki, keçirdiyi ilk iki oyunda Faiq Qarayevin yetirmələri Fransa və Monteneqro voleybolçularına set vermədən qalib gəlib.

Xəbər 730 dəfə oxundu.