Ukraynalı mütəxəssis: Komandamızın oyunu alınmadı | |
“Komandamız demək olar təcrübəsizdir. Əsasən gənclərə bel bağlayırıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Lokomotiv Biləcəri”nin baş məşqçisi İqor Fliştinski deyib. Ukraynalı mütəxəssis Super Liqanın X turunda “Lokomotiv”lə oyuna münasibət bildirib: “Komandamızın oyunu alınmadı. Top qəbulunda, hücumda istənilən oyunu göstərə bilmirik və nəticə də məğlubiyyətlə barışırıq. Əsas məqsədimiz çempionatın ortabab komandalarından olmaqdır”. Qeyd edək ki, “Lokomotiv Biləcəri” çempionatda keçirdiyi 9-cu matçında da 0:3 hesabı ilə uduzub. |
|
Xəbər 1043 dəfə oxundu. |
|
|