Azərbaycan təmsilçisi Avropa məktəbli turnirində növbəti oyununu keçirib | |
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən “Coca-Cola Məktəbli Kuboku” yarışının 2014-2015-ci il mövsümünün qalibi Səbail rayonundakı 163 nömrəli orta məktəbin komandası üçüncü oyununu keçirib. Bolqarıstan komandası ilə qarşılaşan təmsilçimiz 2:5 hesabı ilə məğlub olub. Turnirin Əsasnaməsinə uyğun olaraq, məğlubiyyət üçün 1, heç-heçə üçün 2, qələbə üçün isə 3 xal verilir. Türkiyə və Bolqarıstan təmsilçilərinə məğlub olan, ingiltərəli məktəblilərlə isə heç-heçə oynayan komandamız hazırda 4 xala malikdir. |
|
Xəbər 758 dəfə oxundu. |
|
|