Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə edilib
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov ilə görüşüb.

FİDE prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işlərinin gedişindən məmnunluğunu ifadə edib. K.İlümjinov Bakının indiyədək keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə bu mötəbər yarışın tarixində yeni səhifə açacağına əminliyini bildirib.

Söhbət zamanı Bakı Şahmat Olimpiadasına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu vurğulanıb.

Görüşdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Federasiyanın vitse-prezidentləri - Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov və mötəbər yarışın baş hakimi Faiq Həsənov da iştirak ediblər.

Xəbər 656 dəfə oxundu.