Bakının rəqibi büdcəsini açıqladı | |
2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlərdən Bakının rəqibi Madridin möhtəşəm yarış üçün ayıracağı büdcə məlum olub. İdman.com.az saytının məlumatına görə, İspaniya paytaxtı qalib gələcəyi halda, 50 milyon ABŞ dolları xərcləməyə hazırdır. Madrid-2020-nin Təşkilat Komitəsindən bildiriblər edib ki, infrastrukturun demək olar 80 faizi yekunlaşıb və dövlət məmurları maliyyə probleminin olmayacağı məsuliyyətini öz üzərlərinə götürüblər. 2012 və 2016-cı illərdə uğursuz cəhdlərdən nəticə çıxaran ispanlar bu dəfə qalib olmağa iddialıdırlar. Təsadüfi deyil ki, bütün hökumət səviyyəsində maliyyələşmə ilə bağlı təminat verilib. Hərçənd, hazırda ölkə iqtisadiyyatında tənəzzül yaşanır və bunun nəticəsidir ki, əhalinin 1/4 faizi işsizdir. Madrid meri Ana Botelyanın sözlərinə görə, 2020-ci il Olimpiadası bu şəhərdə keçirilərsə, gəlirləri saysız-hesabsız olacaq: “Mübarizədə qələbəmiz iş yerləri planında və şəhərin imicinin beynəlxalq səviyyədə qaldırılmasının böyük təməlini qoyacaq. Biz sonuncu dəfə 1992-ci il Barselonada keçirdiyimiz Olimpiada irsini davam etdirmək istəyirik”. Qeyd edək ki, 2020-ci il Olimpiadasına 5 şəhər – Bakı, Madrid, Tokio, Doha və İstanbul iddialıdır. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə açıqlanacaq. |
|
Xəbər 1135 dəfə oxundu. |
|
|