Tərbiyə müəssisəsində yoldaşlıq oyunu | |
AFFA və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərbiyə müəssisəsində Məktəbli komandası ilə Tərbiyə müəssisəsinin məhbusları arasında "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Oyundan sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib, məhbuslara diplom və hədiyyələr təqdim ediblər. (AFFA) | |
Xəbər 726 dəfə oxundu. |
|
|