“Qəbələ” klubu hücumçu Ermin Zetslə yollarını ayırıb | |
“Qəbələ” futbol klubu hücumçu Ermin Zetslə yollarını ayırıb. 2015-ci ilin iyulundan “Qəbələ”nin formasını geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb. Komandanın heyətində 36 oyun keçirib, 10 qol vuran Bosniya və herseqovinalı hücumçu 2015/2016-cı il mövsümündə “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. İyirmi səkkiz yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib. |
|
Xəbər 657 dəfə oxundu. |
|
|