“Neftçi” futbol klubu U-14 Liqasının qalibi olub
Bayıl stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.

Mövsümün son oyununda “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə “Neftçi” komandasının xeyrinə başa çatıb.

Üçüncü yer uğrunda keçirilən oyunda isə “Qəbələ” “İnter”i 1:0 hesabı ilə məğlub edib.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və assosiasiyanın texniki direktoru Bernhard Lippert təqdim ediblər.

“Kəpəz” komandasının üzvü Çingiz Məmmədov 45 qolla liqanın ən məhsuldar futbolçusu olub. Emil Quluzadə isə (“Bakı”) turnirin ən yaxşı oyunçusu seçilib.

Xəbər 761 dəfə oxundu.