Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə rayon birincilikləri davam edir | |
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Formula-1 yarışlarına dəstək” aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə rayon birincilikləri davam edir. Əsas məqsəd mayın 25-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir. Veloparkda daha 2 rayonun - Səbail və Qaradağ rayonlarının orta məktəbləri arasında ən güclülər müəyyənləşib. Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə 800 metr məsafəyə mübarizə aparıblar. Səbail rayonunun məktəbləri arasında birinci yerə 132/134 nömrəli birləşmiş məktəbin komandası layiq görülüb. 239 və 236 nömrəli məktəblər isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qaradağ rayonunun məktəbliləri arasında ən yüksək nəticəyə 233 nömrəli məktəbin komandası imza atıb. 253 nömrəli məktəb ikinci, 288 nömrəli məktəb isə üçüncü olub. İlk üç yeri tutan kollektivlər diplom və kubokla mükafatlandırılmaqla yanaşı, mayın 25-də keçiriləcək final mərhələsinə də vəsiqə qazanıblar. |
|
Xəbər 766 dəfə oxundu. |
|
|