Bu gün UEFA Avropa liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşəcək.

Həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Sevilya” klubları qarşılaşacaq.

Bazeldə “Sankt-Yakob Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Final görüşü hər iki komanda üçün vacib olsa da, İspaniya təmsilçisi üçün bu görüşün xüsusi əhəmiyyəti var. İki mövsüm ardıcıl (2013/2014, 2014/2015) Avroliqanın çempionluğunu yaşamış “Sevilya” bu gün qələbə qazanacağı təqdirdə ardıcıl 3-cü dəfə qitə turnirinin qızıl medalını muzeyə aparacaq.

“Liverpul” isə sonuncu dəfə 2000/2001 mövsümündə Avropa Liqasının çempionluğunu bayram edib. İngiltərəlilər yarımfinalda İspaniya “Vilyarreal”ını, “Sevilya” isə Ukrayna “Şaxtyor”unu (Donetsk) məğlub edib.

Xəbər 692 dəfə oxundu.