Millimiz Qazaxıstanda 9 boksçu ilə mübarizə aparacaq
Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçiriləcək. Yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır.

Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:

48 kq – Əzizə Abbasova,
51 kq – Anna Əlimərdanova,
57 kq – Məhsəti Həmzəyeva,
60 kq – Yana Alekseyevna,
64 kq – Ayzanat Hacıyeva,
69 kq – Məryəm Cəbrayılova,
75 kq – Elena Vstropova,
81 kq – Alina Hacıyeva,
+81 kq – Aynur Rzayeva

Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək.

Xəbər 742 dəfə oxundu.