Hollandiyanın 17 yaşadək futbolçuları da Avropa çempionatının dörddəbir finalına yüksəliblər | |
Mayın 12-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının “D” qrupunda üçüncü turun son matçları keçirilib. Bakı Olimpiya Stadionunda Serbiya və Hollandiya yığmaları üz-üzə gəlib. Serbiyalılara mərhələ adlamaq üçün mütləq qələbə lazım olsa da, Hollandiya buna imkan verməyib. Görüş Hollandiya yığmasının 2:0 hesablı qələbə ilə başa çatıb. İslandiyalı baş hakim Gunnar Jarl Conssonun idarə etdiyi matçda Marko İliç (72-ci dəqiqə, avtoqol) və Dilan Vente (80+1-ci dəqiqə) fərqləniblər. Beləliklə, İspaniya yeddi xalla “D” qrupunu lider kimi başa vurub. Hollandiya altı xalla ikinci pillədə qərarlaşıb. Hər iki milli komanda dörddəbir finala yüksəlib. İtaliya üç, Serbiya isə bir xalla qrupda qalıb. |
|
Xəbər 730 dəfə oxundu. |
|
|