Azərbaycanlı tələbə Pekində fitnes-model yarışının qalibi olub | |
Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov paytaxt universitetləri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub. Yarışda Pekin universitetlərində təhsil alan 120-dən çox yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün mübarizəyə qoşulmuşdu. Həmvətənimiz S.Həsənov fitnes-model növündə ən güclü olmağı bacarıb. Qeyd edək ki, bu, Sadiqin ilk uğuru deyil. O, ötən ilin dekabrında keçirilmiş analoji yarışda da qalib olmuşdu. AZƏRTAC |
|
Xəbər 626 dəfə oxundu. |
|
|