Bahadır Nəsimov: Daha çox qol vura bilərdik | |
“Matç istədiyimiz kimi getmədi. Fasilədən sonra ilk oyun həmişə çətin olur”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun futbolçusu Bahadır Nəsimov deyib. Ölkə çempionatının 20-ci turunda “Sumqayıt”la görüşdə dubl edərək, komandasının böyükhesablı qələbəsinə töhfə verən özbək hücumçu, daha çox qol vurmaq imkanlarının olduğunu bildirib: “Sumqayıt” oyuna yaxşı başlamışdı. Amma ilk qol oyunun axarını dəyişdi. Qoldan sonra rəqib açıq oyuna üstünlük verdi. İmkanlarımız var idi. Hesab daha böyük ola bilərdi”. |
|
Xəbər 991 dəfə oxundu. |
|
|