Kəpəz Xəzər Lənkəranla oyunun hazırlığına başladı | |
“Kəpəz” iki günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib. Gəncə klubu Topaz Premyer Liqasının 33-cü turunda səfərdə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır. “Sarı-göylər” paytaxtda məşq edir. Mayın 5-də Bakıda hazırlığı tamamlayacaq komanda bir gün sonra Lənkərana yollanacaq. “Kəpəz” qarşıdakı oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. |
|
Xəbər 802 dəfə oxundu. |
|
|