“Milan” evdə “topçular”ı topa tutdu | |
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin 2 oyunu keçirilib. İdman.com. az saytının məlumatına görə, matçlar fərqli saatda başladığından, azarkeşlər hər 2 görüşü izləyə biliblər. “Zenit”lə “Benfika”nın ilk mübarizəsi şaxtalı Rusiyada olub. Lideri Danninin yoxluğunda zəifləyən Sankt-Peterburq təmsilçisinin Portuqaliya səddini keçməsi çətin olsada, yekunda şimallılar istəklərini gerçəkləşdiriblər. Bu matç bitəndən sonra, bütün diqqətlər İtaliyaya yönəlib. “Milan”la “Arsenal”ın görüşü nəinki bu günün, ümumiyyətlə, hazırkı mərhələnin ən maraqlı dueli sayılıb. Hücum futboluna üstünlük verən komandaların ifasında futbol tamaşası, ev sahiblərinin böyük hesablı qələbəsi ilə bitib. 15 fevral “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) - 3:2 Roman Şirokov, 27; 88; Sergey Semak, 71 - Maksi Pereyra, 21; Oskar Kordozo, 87 “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 4:0 Boateng, 15; Robinyo, 38; 49; İbrahimoviç, 79 |
|
Xəbər 1037 dəfə oxundu. |
|
|