Neftçala - Ağsu matçının keçirilmə yeri dəyişdirildi | |
“Neftçala” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Müraciətdə klubun ev oyunlarının keçirildiyi Nəriman Nərimanov adına şəhər stadionunda dövlət tədbirinin baş tutacağı deyilir. Klub bununla əlaqədar olaraq, “Ağsu” ilə aprelin 30-da keçiriləcək görüşün yerinin dəyişdirilməsini istəyib. Müraciəti əsas götürüb, “Ağsu” klubunun razılığını alan PFL görüşün 29 aprel tarixdə Binə qəsəbə stadionunda keçirilməsinə qərar verib. Oyun saat 15:00-da başlanacaq. |
|
Xəbər 724 dəfə oxundu. |
|
|