Ukrayna yığması Bakıya gələcək heyətini müəyyənləşdirib
17 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək final mərhələsinin iştirakçısı Almaniya heyətini açıqlayıb.

Baş məşqçi Aleksandr Petrakov mayda paytaxtımızda baş tutacaq turnir üçün 20 futbolçuya dəvət göndərib.

Qapıçılar: Andrey Polunin (“Dnepr”), Vladislav Kuçeruk (“Dinamo”)

Müdafiəçilər: Denis Popov, Vitali Mikolenko (hər ikisi “Dinamo”), Valeri Bondar (“Şaxtyor”), Aleksandr Avramenko (“Metallist”), Aleksey Sıç (“Karpatı”), Timofey Suxar (“Dnepr”)

Yarımmüdafiəçilər: Aleksey Xaxlyov, Sergey Buletsa, Vladislav Naumets (hamısı “Dinamo”), Maksim Çex (“Şaxtyor”),

Yaroslav Qomenko (“Dnepr”), Nikolay Musolitin (“Çernomorets”)

Hücumçular: Denis Yanakov, Yuri Kozırenko (hər ikisi “Dinamo”), Vladislav Kuzmenko, Aleksey Kaşuk (hər ikisi “Şaxtyor”), Yaroslav Deda (“Volın”), Andrey Kulakov (“Metallist”)

Avropa çempionatına Antalyada hazırlaşacaq ukraynalılar yerli “Antalyaspor”la yoxlama oyunu keçirəcək. Aleksandr Petrakovun yetirmələri aprelin 29-da Bakıya gələcək.

Qeyd edək ki, B qrupunda yer alan Ukrayna millisi mayın 5-də Almaniya, 8-də Avstriya, 11-də isə Bosniya və Herseqovinaya rəqib olacaq.

Xəbər 708 dəfə oxundu.