“SOCAR-la Fransada keçiriləcək “Avro-2016”nın finalına doğru” kampaniyasının 1-ci mərhələsi başa çatıb
SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək “Avro-2016”nın finalına doğru” kampaniyasının 1-ci mərhələsinə yekun vurulub.

Ötən ay Buxarestdə istifadəyə verilən yanacaqdoldurma məntəqəsində təşkil olunan və “SOCAR Petroleum SA” əməkdaşlarının, eləcə də KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə kampaniyanın ilk 5 qalibi müəyyən edilib. Qaliblər Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi açılış oyununa 2 nəfərlik bilet qazanıblar.

Xatırladaq ki, 15 mart - 10 aprel tarixlərini əhatə edən 1-ci mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. Kampaniyanın qarşıdakı növbəti 3 mərhələsində isə daha 21 qalib futbol üzrə Avropa çempionatının qrup və final oyunlarına bilet qazanmaq imkanı əldə edəcək. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri “SOCAR Petroleum SA”nın əsas ofisinə dəvət olunacaq və biletlərin təqdimetmə mərasimi keçiriləcək. Kampaniya 15 mart - 30 iyun tarixlərini əhatə edir.

Xəbər 616 dəfə oxundu.