XL Qəbələ ilə matçın hazırlığına başladı
Premyer Liqanın 31-ci turunda Qəbələ şəhərinin eyni adlı təmsilçisini qonaq edəcək “Xəzər Lənkəran” bu gün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, komanda iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.

Son səfər matçında zədələnən futbolçular - Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.

Xatırladaq ki, "Xəzər Lənkəran” - “Qəbələ” matçı aprelin 23-də “Xəzər Lənkəran” Mərkəzi Stadionunda keçiriləcək və saat 16.30-da start götürəcək.

Xəbər 842 dəfə oxundu.