Taekvondo yığmamız Konya sınağına bu heyətlə yollanır
Türkiyənin Konya şəhərində ənənəvi “Rumi” uşaq idman oyunları turniri keçiriləcək. Konya şəhər Səlçuq Bələdiyyəsi Spor Salonunda baş tutacaq turnirdə, idmanın müxtəlif növləri üzrə yarışıların keçirilməsi nəzərdə tutulub. Sayca 6-cı olan yarışa , taekvondo idman növünün təmsilçiləri də qatılacaq.

21-22 aprel tarixlərində keçiriləcək yarışlarada Almaniya, Belarus, Ukrayna, Yunanıstan, Türkiyə, Konya komandası iştirak edəcək. Bu oyunlarda ölkəmizi 10 yeniyetmə idmançı təmsil edəcək. Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi, əməkdar məşqçi Sənan Həşimovunun yetirmələrindən 37 kq çəki dərəcəsində Raul Əsədli, Nurlan Şirinov (-45 kq), Cavad Ağayev (-53 kq), Elşad Məmmədov (-61 kq), Seymur Quliyev (+61 kq), Röyü Süleymanova (-33 kq), Mirvari Qəmbərli (-41 kq), Qönçə Hüseynli (-47 kq), İlahə Quluzadə (-55 kq) və Şəms İsayevaya (+55 kq) medallar uğrunda mübarizə aparacaq.

19 aprel tarixində qardaş ölkəyə yollanan komandamız 24 apreldə vətənə dönəcək.

Xəbər 919 dəfə oxundu.