Mövsümün 300-cü qolu | |
Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Yubiley qolu XXX tura təsadüf edib. Bu turadək baş tutan 29 turun 145 matçında 297 qol qeydə alındığından bu həftəyə təsadüf edən 3-cü top yubiley xarakteri daşıyıb. Mövsümün 300-cü qolunu “Kəpəz”in kapitanı Tural Axundov vurub. O, “İnter”lə qarşılaşmada penaltidən dəqiq istifadə edib. Ümumilikdə isə turun sonunadək qol sayı 306-ya çatıb. 150 matçda bu qədər qolun vurulması nəticəsində orta məhsuldarlıq 2,04-ə bərabərdir. Meydan sahibləri 176, qonaqlar 130 qol vurub. Xatırladaq ki, mövsümün ilk qolunu 2015-ci il avqustun 9-da Viktor İqbekoyi (“Zirə”), 100-cü qolunu oktyabrın 28-də Vüqar Mustafayev (“Qarabağ”), 200-cü qolunu isə bu il fevralın 14-də Rəşad Sadıqov (“Qarabağ”) vurub. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|