Azərbaycan triatlonçusu dünya kubokunun bürünc medalını qazanıb | |
Triatlon üzrə Azərbaycanın yığma komandasının üzvü Rostislav Pevstov bu il beynəlxalq arenada ilk mükafatını qazanıb. Bu sahədə ilkə imza atan Rostislav Pevstov Yeni Zelandiyanın Nyu-Plimut şəhərində keçirilən mötəbər yarışda - dünya kubokunda bürünc medal qazanıb. İdmançımız su yarışlarında 750 metrlik məsafəni 9 dəqiqə 55 saniyəyə başa vurub. R.Pevtsov velosipedlə hərəkətlərdə 20 kilometrlik məsafəni 28 dəqiqə 6 saniyəyə qət edib. Yarışların sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçışda isə R.Pevtsov 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 53 dəqiqə 32 saniyəlik göstərici ilə üçüncü yeri tutub. |
|
Xəbər 635 dəfə oxundu. |
|
|