“Rəvan” klubu Topaz Premyer Liqasındakı uğursuz seriyalarını qırıb
“Rəvan” klubu Topaz Premyer Liqasındakı uğursuz seriyalarını qırıb. Paytaxt klubu 7 oyundan ibarət məğlubiyyət və 14 turluq qələbəsizliyə “Neftçi” ilə görüşdə son qoyub.

“Sarı-qırmızılar” 28-ci turun ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Son 7 görüşdə uduzan Bəhmən Həsənovun yetirmələri son xalını da “Neftçi”dən almışdı. 58 gün əvvəl səfərdə oynayan autsayder 1:1 hesablı heç-heçəylə kifayətlənmişdi. Bu il fevralın 5-dəki XX turun oyunundan sonra “Rəvan” 7 dəfə uduzmuşdu. Bakılıların son qələbəsi isə XIII tura təsadüf edib. Ötən il noyabrın 11-də “Zirə” üzərində 1:0 hesablı qələbə qazanan “sarı-qırmızılar” 133 gündən sonra da eyni hesabla sevinib.

Xatırladaq ki, bu nəticələr klubun antirekordu deyil. “Rəvan” cari mövsümün gedişində ardıcıl 8 məğlubiyyət də yaşayıb. Bakılıların qələbəsizlik antirekordu isə 2013/14 mövsümündəki 18 matçda rəsmiləşib.

Xəbər 913 dəfə oxundu.