“Formula-1” Avropa Qran-prisinin media akkreditasiyası üçün müraciət müddəti uzadılıb | |
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Formula-1” Avropa Qran-prisinə yerli media nümayəndələrinin yüksək marağını nəzərə alaraq, akkreditasiya üçün müraciət tarixinin müddətini martın 31-dən aprelin 5-dək uzadıb. İndiyədək əksəriyyəti televiziya, qəzet və onlayn mediadan olmaqla ümumilikdə 100-ə yaxın jurnalist akkreditasiya üçün müraciət edib. BŞH bir daha yerli jurnalistlərə, o cümlədən ölkədə radio sahəsində fəaliyyət göstərən media nümayəndələrinə müraciət edərək bu möhtəşəm yarışı işıqlandırmaq fürsətini qaçırmamaq üçün onları tezliklə qeydiyyatdan keçməyə çağırır. Jurnalistlər əməliyyat şirkətinin rəsmi saytına daxil olaraq onlayn qaydada akkreditasiya üçün müraciət edə və ya ehtiyac olarsa əməliyyat şirkətinin mərkəzi ofisinə yaxınlaşa bilərlər. Bunun üçün jurnalistlər (012) 404 13 83 nömrəsinə zəng edərək BŞH-nın media əməliyyatları üzrə nümayəndələri ilə əvvəlcədən görüş təyin etməlidirlər. Burada müraciət edənlərə akkreditasiya ilə bağlı ətraflı məlumat veriləcək. Həmçinin lazımi texniki dəstək göstərilərək onların qeydiyyatdan uğurla keçməsi təmin olunacaq. Yerli media nümayəndələrinin Avropa Qran-prisi üçün qeydiyyat prosesi aprelin 5-də saat 17:00-da başa çatacaq. Həmin vaxtdan sonra edilən müraciətlər qəbul olunmayacaq. |
|
Xəbər 717 dəfə oxundu. |
|
|