Bu gün Çempionlar Liqasında 2 oyun keçiriləcək | |
Bu gün Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Almaniyanın "Bayer" (Leverkuzen) klubu doğma azarkeşləri önündə "Barselona"nı qəbul edəcək. Digər oyunda isə Fransa "Olimpik"i (Lion) evdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sabah daha 2 görüş baş tutacaq. Rusiyanın "Zenit" klubu öz meydanında Portuqaliyanın "Benfika", "Milan" isə İngiltərənin "Arsenal" komandasını qəbul edəcək. Qeyd edək ki, bu mərhələnin qalan görüşləri gələn həftə baş tutacaq. 14 fevral Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları 23:45. "Bayer-04" (Almaniya) – "Barselona" (İspaniya) 23:45. "Olimpik"L (Fransa) - APOEL (Kipr) 15 fevral 21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya) 23:45. "Milan" (İtaliya) – "Arsenal" (İngiltərə) |
|
Xəbər 964 dəfə oxundu. |
|
|