Saymon Kleq “Dubai Expo 2020”nin əməliyyatlar üzrə baş direktoru təyin edilib | |
Ötən ilin iyununda dünyada ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru, britaniyalı idman təşkilatçısı Saymon Kleq karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək. Britaniyalı mütəxəssis “Dubay Expo 2020” beynəlxalq sərgisinin əməliyyat komitəsinin əməliyyatlar üzrə baş direktoru vəzifəsinə təyin olunub. Saymon Kleqin fəaliyyəti barədə ətraflı məlumat verən yerli mediada onun daha əvvəl Britaniya Olimpiya Assosiasiyasının və “İpsviç” futbol klubunun baş icraçı direktoru, həmçinin ötən ilin yayında Azərbaycanda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində əməliyyatlar üzrə baş direktor vəzifələrində çalışdığı vurğulanıb. S.Kleqin Bakıda 2500 nəfərlik heyət üzvünün və 12 min könüllünün fəaliyyətini peşəkarlıqla təşkil edərək dünya miqyasında 800 milyondan çox tamaşaçı auditoriyası toplayan Oyunların yüksək səviyyədə keçirilməsində mühüm rol oynadığı bildirilib. Yeni təyinatı ilə bağlı Saymon Kleq bildirib ki, “Dubay Expo 2020” beynəlxalq sərgisini 25 milyon insanın ziyarət etməsi gözlənilir ki, onların da 70 faizi xarici ölkələrin vətəndaşları olacaq. |
|
Xəbər 736 dəfə oxundu. |
|
|