AÇ-2016 Bakının 12 iştirakçısı müəyyənləşdi
Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq 12 komanda müəyyənləşib. Müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının təşkilatçı ölkənin təmsilçisi qismində çıxış edəcəyi turnirə hazırda Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka və Serbiya yığmaları vəsiqə qazanıb.

Turnirdə 16 komanda iştirak edəcək. (AFFA)

Xəbər 850 dəfə oxundu.