“Neftçi”yə qayıtmaq istəyirəm” | |
“Bir neçə gündür ki, “Neftçi”də məşq edirəm. Klubun prezidenti Sadıq Sadıqov mənə dəstək verdi. Bundan sonra baş məşqçi Böyükağa Hacıyevin razılığı ilə komandanın hazırlığına qoşuldum”. İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-ın müxbirinə hücumçu Samir Əliyev deyib. O, hələlik klubda hazırlıq keçdiyini deyib: “Məşqlərimi davam etdirirəm. Sadıq Sadıqova təşəkkür edirəm ki, mənə “Neftçi”də özümü göstərmək üçün şərait yaratdı. Bununla belə, hər şey özümdən asılıdır. Komandada bundan sonra da 5-10 gün məşq etməliyəm. Əgər məşqçilərin etimadını doğrultsam, o zaman mövsümün sonuna qədər klubla müqavilə bağlayacağam. Bir sözlə, hər şey özümdən asılıdır”. O bildirib ki, uzun illər şərəfini qoruduğu “Neftçi”də məşqlərə başlamağından məmnundur: “Mənim arzum odur ki, futbolçu karyeramı məhz bu komandada başa vurum”. |
|
Xəbər 967 dəfə oxundu. |
|
|