“İnter” klubunun sabiq yarımmüdafiəçisi Alvaro Rekoba karyerasını başa vurub | |
“İnter” və Uruqvay millisinin yarımmüdafiəçisi Alvaro Rekoba karyerasını bitirdiyini elan edib. Martın 31-də Montevideoda 40 yaşlı xavbekin iştirakı ilə vida matçı keçiriləcək. Oyunda dünya futbolunun ulduzları iştirak edəcək. Futbolçu 1997-ci ilin yayında “İnter”ə keçib. O, İtaliya klubuna Ronaldo ilə birlikdə gəlib. Məhz braziliyalı futbolçunun yerinə “Bolonya” ilə oyunda meydana çıxmaqla “İnter”də debüt etmişdi. “İnter”in heyətində uruqvaylı futbolçu 2 dəfə İtaliya çempionatı, kuboku və superkubokunun qalibi olub. 1998-ci ildə isə UEFA kubokunu qazanıb. “İnter”dən sonra Alvaro 1 mövsüm “Torino”da oynayaraq Uruqvaya qayıtmışdı. |
|
Xəbər 927 dəfə oxundu. |
|
|