Ali təhsil müəssisələri arasında stolüstü tennis üzrə respublika çempionatının qalibi müəyyənləşib | |
Azərbaycan Stolüstü Tennis Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən stolüstü tennis üzrə respublika çempionatına martın 29-da yekun vurulub. 13 komandanın iştirak etdiyi çempionatda birinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qazanıb. Milli Aviasiya İnstitutunun tələbələri ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü olub. |
|
Xəbər 769 dəfə oxundu. |
|
|