Azərbaycan idmançıları Portuqaliyada uğur qazanıblar
Azərbaycanın döyüş sənəti komandasının üzvləri Portuqaliyanın Kaldaş-da-Rinya şəhərində keçirilən VI dünya çempionatda 4 qızıl medal əldə ediblər.

Fəxri kürsünün ən yüksək pilləsinə dünya və Avropa çempionu Vüqar Əzimov, Süleyman Məmmədli, Babək Hüseynov və Orxan Məmmədli çıxıb.

Qızıl medalı ilk qazanan Vüqar Əzimov olub. O, “Mixed Fighting” üzrə 90 kq çəki kateqoriyasında qalib gəlib. Orxan Məmmədli semi-kontakt versiyasında 65 kq çəki kateqoriyasında çempion olub. Babək Hüseynov sanda üzrə 90 kq çəki kateqoriyasında fərqlənib.

Dünyanın 40-dan çox ölkəsindən idmançıların iştirak etdikləri çempionatda hakimlər azərbaycanlı idmançıların nümunəvi çıxışlarını və mübarizəsini yüksək qiymətləndiriblər. Nüfuzlu yarışda 10-cu dan və hapkido üzrə qara kəmər sahibi Süleyman Məmmədli nümunəvi çıxışda Koreya döyüş sənəti kompleksi üzrə ən yaxşı idmançı sayılıb.

Xəbər 610 dəfə oxundu.