Stolüstü tennis üzrə komanda yarışları başa çatıb | |
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən ölkə birinciliyinə yekun vurulub. “Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən turnirdə 1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandaların yarışında Sumqayıt təmsilçiləri birinci yeri tutublar. İkinci sırada paytaxt tennisçiləri qərarlaşıblar. Şirvan və Şabran idmançıları isə 3-4-cü yerləri bölüşdürüblər. Eyni yaşlı qızlardan ibarət komandalar arasında mübarizədə isə Sumqayıt, Şirvan və Şabran komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıb. Turnirdə 2001-ci il təvəllüdlü və daha aşağı yaşlı oğlanlardan ibarət komandaların yarışında “Bakı-1” və Şabran komandaları birinci və ikinci olub. Üçüncü-dördüncü yerləri “Təhsil-1” və “Bakı-2” komandaları bölüşdürüblər. Eyni yaşlı qızlardan ibarət komandaların yarışında “Bakı-1” birinci, Şabran ikinci olub. “Bakı-2” və “Şəki-1” komandaları isə 3-4-cü yerlərdə qərarlaşıb. |
|
Xəbər 803 dəfə oxundu. |
|
|