Azərbaycan Çernoqoriyaya qalib gəldi | |
Çernoqoriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.Çernoqoriyanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Rövlan Muradov dubl edib. 1 qolun müəllifi isə Murad Xaçayev olub. Bu komandalar arasında martın 17-də növbəti yoxlama oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. (AFFA) |
|
Xəbər 797 dəfə oxundu. |
|
|