Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib | |
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. “Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 16 oğlan və 11 qız komandası iştirak edir. Respublikanın bir sıra şəhər və rayonlarının təmsil olunduğu çempionata martın 18-də yekun vurulacaq. Qeyd edək ki, yarışın qalibi iyulun 8-dən 17-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanacaq. |
|
Xəbər 1035 dəfə oxundu. |
|
|