Turan baş məşqçisiz qaldı | |
Birinci divizionda çıxış edən "Turan Tovuz" baş məşqçisiz qalıb. Nizami Sadıqov "Bakılı"ya qarşı son oyunun (1:2) ardından istefa verib. Düzdür, klub rəhbərliyi onun istefasını qəbul edib. Amma Sadıqova klubda başqa vəzifə veriləcək. Bu gün komandanın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlməlidir. Qeyd edək ki, 16 turdan sonra TT 18 xalla 10-cu pillədə qərarlaşıb. |
|
Xəbər 752 dəfə oxundu. |
|
|