İsmayıllıda velosiped yarışı keçirilib | |
5 mart - "Bədən tərbiyəsi və idman günü" münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışdan öncə idarənin rəisi Taleh Salehov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Komanda şəklində keçirilən yarışda 1-ci və 3-cü yerləri Olimpiya İdman Kompleksinin velosiped bölməsində məşğul olan idmançılar tutublar. 2-ci yerə isə Həvəskarlar komandası layiq görülüb. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. Qeyd edək ki, regionlarda velosiped idman növünün inkişafı məqsədilə həyata keçirilən xüsusi proqram çərçivəsində AzVİF və İsmayıllı Olimpiya İdman Kompleksi arasında əldə olunmuş razılığa əsasən, adı çəkilən idman qurğusunda 1 ildən artıqdır ki, velosiped bölməsi fəaliyyət göstərir. |
|
Xəbər 852 dəfə oxundu. |
|
|