Gənc triatlonçularımız İspaniyada təlim-məşq toplanışındadır
Gənclərdən ibarət triatlon üzrə Azərbaycan milli komandası İspaniyada təlim-məşq toplanışına başlayıb.

Valensiya şəhərindən 70 kilometr aralıdakı Qandiya qəsəbəsində təşkil olunan hazırlıq prosesində millimizin heyətində Nurlan Əliyev, Zaur Arkaniya və Darina Moskalenko yer alıblar.

Hazırlıq prosesi mayda Lissabonda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbər 726 dəfə oxundu.