Azərbaycan kuboku: “Xəzər-Lənkəran” komandası “Neftçi”ni məğlub edib | |
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dördəbir final mərhələsinə start verilib. Günün ilk qarşılaşması Lənkəranda əzəli rəqiblər arasında oynanılıb. “Xəzər-Lənkəran” komandası “Neftçi”ni qəbul edib. Ölkə çempionatında işləri yaxşı getməyən “Xəzər-Lənkəran” kubok görüşündə uzun müddətli uğursuzluq seriyasını qıra bilib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda bol qollar vurulub. Sonda isə sevinən tərəf Lənkəran təmsilçisi olub. Birinci hissənin əvvəlində “Xəzər-Lənkəran” iki dəqiqə ərzində hesabda iki dəfə irəli çıxıb. Meydan sahibi komandanın heyətində Vaquf Güləliyev 17-ci və Tural Qürbətov isə 19-cu dəqiqələrdə vurduqları qolla “Neftçi”ni məyus ediblər. Az keçməmiş təşəbbüsü artıran qonaqlar 22-ci dəqiqədə Ruslan Qurbanov və 39-cu dəqiqədə isə Fəhmin Muradbəylinin qolları ilə tarazlığı bərpa ediblər. Lənkəran təmsilçisinin qələbə topunu oyunun 52-ci dəqiqəsində İbrahim Qədirzadə vurub - 3:2. Oyunun qalan vaxtında hesab dəyişməyib. Komandalar arasında cavab görüşü martın 9-da keçiriləcək. |
|
Xəbər 728 dəfə oxundu. |
|
|