UEFA Avropa Liqasında səkkizdəbir finalın bütün iştirakçıları müəyyənləşib
Fevralın 25-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçirilib.

Ötən gün bir oyun, bu gün isə on beş qarşılaşma oynanılıb. Beləliklə, səkkizdəbir finalın bütün iştirakçıları müəyyənləşib. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:



“Lokomotiv” (Rusiya) – “Fənərbağça” (Türkiyə)-1:1 (0:2)

“Atletik” (İspaniya) - “Marsel” (Fransa)- 1:1(1:0)

“Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya)- 3:1 (1:0)

“Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya)- 0:3 (0:1)

“Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə)- 3:1 (1:1)

“Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya)- 1:0 (0:0)

“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)- 0:4 (0:6)

“Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna)- 0:3 (0:0)

“Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa)- 2:1 (2:3)

“Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)- 0:1 (0:2)

“Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka)- 5:1 (1:2)

“Mölde” (Norveç) - “Sevilya” (İspaniya)- 1:0 (0:3)

“Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya)- 1:1 (0:1)

“Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika)- 2:1 (0:1)

“Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya)- 3:0 (1:1)

Xəbər 714 dəfə oxundu.