Azərbaycanlı qrossmeysterlər Dünya İntellektual Oyunlarında mübarizə aparacaqlar | |
Bu gün Çinin Xuanşan (Tszyansu) şəhərində Dünya İntellektual Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Oyunların proqramında mühüm hissəsini şahmat üzrə yarışlar təşkil edir. Oyunlarda 32 qrossmeyster, o cümlədən 16 kişi və 16 qadın şahmatçı mübarizə aparacaq. Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov (2747) və Rauf Məmmədov (2650) təmsil edəcək. Yarışların reytinq-favoriti Çin təmsilçiləri Din Lijen (2766) və Tszyuy Ventszyundur (2558). Şahmat turniri 3 növdə: rapid (26-27 fevral), blits (28 fevral – 1 mart) və bask (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla mübarizə aparırlar) növündə (2-3 mart) keçiriləcək. Yarışlar Bakı vaxtı ilə səhər saat 10:00-da başlayır. Dünya İntellektual Oyunlarında 43 ölkədən 143 oyunçu iştirak edir. Şahmat, qo, Çin şahmatı, bric və dama üzrə ən güclülər müəyyən ediləcək. |
|
Xəbər 687 dəfə oxundu. |
|
|