Bu gün UEFA Avropa Liqasında ilk səkkizdəbir finalçı müəyyənləşəcək | |
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk qarşılaşma günündə bir oyun, sabah isə on beş görüşlə 1/16 finala yekun vurulacaq. Bu gün “Braqa”-“Syon” oyunundan sonra ilk səkkizdəbir finalçı məlum olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmada favorit son 11 rəsmi matçda məğlub olmayan Portuqaliya klubu hesab edilir. Çünki “Braqa” İsveçrədəki matçda ev sahibi komandaya 2:1 hesabı ilə qalib gəlmişdi. “Syon” isə mübarizəni davam etdirmək üçün səfərdə iki top fərqi ilə qələbə qazanmalıdır. |
|
Xəbər 680 dəfə oxundu. |
|
|