Bakının “Lokomotiv” voleybol klubu İsveçrənin “Volero” komandasını qəbul edəcək | |
Bu gün Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində ilk oyununu keçirəcək. Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İsveçrənin “Volero” komandası ilə qarşılaşacaq. Oyunu yunanıstanlı baş hakim Konstantinos Voudouris idarə edəcək. İkinci hakim funksiyasını almaniyalı Ralf Barnstrof yerinə yetirəcək. Komandalar arasında cavab oyunu isə fevralın 25-də Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunacaq. Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edir. |
|
Xəbər 868 dəfə oxundu. |
|
|