Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda qalib gəlib | |
Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu fevralın 8-də növbəti yoldaşlıq oyununu keçirib. İkinci dövrəyə hazırlaşan kollektivin budəfəki rəqibi “Bakı” komandası olub. Qusarlı futbolçular bu matçda rəqibindən üstün oyun nümayiş etdirərək 1:0 hesabı ilə qalib gəliblər. “Bakı” futbol klubunun təlim-məşq bazasında keçirilən görüşdə yeganə qolu oyunun ikinci hissəsində qusarlıların gürcüstanlı legioneri David Çaçakunaşvili vurub. “Şahdağ” komandasının ikinci dövrəyə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulub. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|