Futzal üzrə Avropa çempionatında millimiz ilk oyununda İtaliya ilə qarşılaşıb
Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununda İtaliya yığması ilə qarşılaşıb.

Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən maçda millimiz 3-0 hesabı ilə məğlub olub. Oyunda iki dəfə Aleks Merlim, bir dəfə isə Daniel Giasson fərqlənib. Maçı Marc Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna) və Kamil Çetindən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

Komandamız ikinci oyununu fevralın 5-də Çexiya yığmasına qarşı keçirəcək.

AZƏRTAC

Xəbər 829 dəfə oxundu.